“Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub və saat 00:54-də Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası hadisə yerinə cəlb edilib”.
SİA xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov açıqlamasında bildirib.
O qeyd edib ki, yanğın 5000 kvadratmetrlik ərazinin 400 kavadratmetrini əhatə edib.
Hazırda FHN əməkdaşları tərəfindən ərazidə konstruksiyaların soyudulması prosesi həyata keçirilir.