Yüksək vəzifəli məmur koronavirusdan öldü

1 Aprel 2020 18:29 (UTC+04:00)

Koronavirusdan müalicə alan Serbiya Ətraf Mühitin Mühafizəsi Nazirliyinin dövlət katibi Branislav Blazic vəfat edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, Blazicdə 24 mart tarixində koronavirus təsdiqlənib və o dərhal Belqradda xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, ötən şənbə günü Ətraf Mühitin Mühafizəsi naziri Qoran Trivan jurnalistlərə açıqlamasında onun vəziyyətinin "ağır, lakin sabit olduğunu" bildirmişdi.