Vəziyyət məsafədən işləmək tələb edir

1 Aprel 2020 18:23 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyası hökuməti ilə telekonfransda, koronavirusla əlaqəli mövcud vəziyyətin çox gərgin olduğunu və vəziyyətin uzaqdan işləməyi tələb etdiyini ifadə edərək, bu fəaliyyət metodunun keyfiyyətə təsir etməyəcəyinə ümid etdiyini bildirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu "Rusiya 24" televiziya kanalında yayımlanıb.

"Vəziyyət çox gərgindir. Görüşdə demək olar ki, hamı ilə gündə bir neçə dəfə əlaqə saxlayırıq. Vəziyyət bunu tələb etdiyi üçün belə uzaq bir rejimdə, video-konfrans rejimində işləyəcəyik", deyə Putin bildirib.
Onun sözlərinə görə, hakimiyyətin işinin nəticələri vəziyyətin tələb etdiyi kimi olmalıdır.

"Əminəm ki, uzaq məsafədən işləmə rejimi, sizinlə birgə fəaliyyətimizin keyfiyyətinə mənfi təsir etməyib", dedi Rusiya prezidenti bəyan edib.