İtaliya Dağlıq Qarabağda keçirilən qanunsuz "seçkiləri" tanımır

1 Aprel 2020 17:16 (UTC+04:00)

İtaliyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilən qanunsuz "parlament və prezident seçkilərini" tanımadığını bəyan edib. SİA xəbər verir ki, bu bəyanat İtaliya XİN-in rəsmi "Twitter" səhifəsində yerləşdirilib.

Bəyanatda deyilir ki, İtaliya Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkilərini" tanımır.