Nağd çıxarışlar zamanı əhalidən faizlər tutulmaya bilər

1 Aprel 2020 16:48 (UTC+04:00)

Karantin dövründə mobil bankomatlar yaradıla və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlər tutulmaya bilər. SİA xəbər verir ki, bununla bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında məsələ qaldırılıb.

Məsələ ətrafında komitə üzvləri İqbal Məmmədov, Elnur Allahverdiyev, Məşhur Məmmədov və digər deputatlar çıxış edib və fikirlərini bildiriblər.