62 yaşlı azərbaycanlı qadın virusdan sağalıb AÇIQLAMA

1 Aprel 2020 17:25 (UTC+04:00)

Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda bir qadın virusdan sağalıb. SİA-nın xəbərinə görə, qadın klinikaya yerləşdirilmədən öncə başqa insanlarla da təmasda olub.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin klinikasının direktoru Lali Turdzeladze məlumat verib. Marneulidən gətirilən 62 yaşındakı qadının vəziyyətinin yaxşılaşdığı bildirilib. Hazırda qadın aparata bağlı şəkildə nəfəs alır. Hələ ki, cihazı qadından ayırmayıblar.

Lakin məlumatda qeyd edilir ki, hər şey belə yaxşı davam etsə 62 yaşlı qadın evə buraxılacaq.