Neft Fondunun valyuta satışı kəskin artıb

1 Aprel 2020 15:27 (UTC+04:00)
Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondu (ARDNF) 2 mlrd. 771,9 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. SİA Dövlət Neft Fonduna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,6% çoxdur.

Təkcə mart ayında isə ARDNF-in valyuta satışının məbləği 1 mlrd. 928,3 mln. ABŞ dolları təşkil edib. Bu isə ötən ilin mart ayına nisbətən 3,2 dəfə çoxdur.