ETSN-də yeni təyinat olub

1 Aprel 2020 14:53 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yeni yaradılan Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəhbər təyinatı olub. Nazirliyin mətbuat katibi İradə İbrahimova SİA-ya bildirib ki, Mirsalam Qənbərov Agentliyin idarə heyətinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər o, Nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi olub.

M.Qənbərov 2001-ci ildən​ Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır.