Umayra Tağıyevaya yeni vəzifə verildi

1 Aprel 2020 14:45 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yeni yaradılan Milli Hidrometeorologiya Xidmətinə rəhbər təyinatı olub. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Umayra Tağıyeva xidmətin rəhbəri təyin edilib.

Bu təyinata qədər o, Milli Hidrometeorologiya Departamentinin direktoru olub.

Qeyd edək ki, Umayra Tağıyeva 1990-cı ildən​ hidrometeorologiya sahəsində çalışır.