Tarixin bu günü və ya bu günün tarixi

14 Aprel 2011 18:40 (UTC+04:00)
- Rus siyasətçi Pyotr Stolipin anadan olub (1862)
- ABŞ-ın XVI prezidenti Avraam Linkoln bir sui-qəsdçi tərəfindən öldürülüb (1865)
- Nəriman Nərimanov anadan olub (1870)
- Almaniya parlamenti – Reyxstaq təşkil edilib (1871)
- Tomas Edison kinoskopun ilk versiyasını təqdim edib (1894)
- Paris Beynəlxalq sərgisi açılıb (1900)
- Fatma Qədri Odessa şəhərində anadan olub. O, ilk professional teatr təhsili görmüş azərbaycanlı aktrisa hesab edilir (1907)
- Titanik gəmisi batıb (1912)
- Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR arasında "Zaqafqaziya dəmir yollarının idarə edilməsini birləşdirmək haqqında Saziş" imzalanıb (1921)
- İlk "Volvo" avtomobili konveyerdən çıxıb (1927)
- Moskvada Birinci Azərbaycan incəsənəti ongünlüyü başa çatıb (1938)
- Jurnalist Alı Mustafayev anadan olub (1952)
- Amerikalı aktrisa Sara Mişel Gellar anadan olub (1977)
- Türk futbolçu Uğur Boral anadan olub (1982)
- Türkiyə, Avropa İqtisadi Birliyinə üzvlük üçün rəsmi müraciət edib (1987)
- Azərbaycanın müdafiə naziri Səfər Əbiyev İordaniyaya rəsmi səfərə gedib (2009)
- "2009-2013-cü il regionların sosial inkişaf Proqramı" qəbul edilib (2009)