Avtobusların intervalı sərnişin axınına uyğun tənzimlənəcək BNA

1 Aprel 2020 11:30 (UTC+04:00)

Bakı Nəqliyyat Agentliyinin bir neçə gündür həyata keçirdiyi və bundan sonra xüsusi karantin rejimində həyata keçirəcəyi daşımalar adi sərnişin daşımaları deyil. SİA-nın məlumatına görə, bunu açıqlamasında Bakı Nəqliyyat Agentlyinin (BNA) mətubat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

O bildirib ki, vətəndaşlarda zərurət olmadığı halda evdən çıxmamağı və xususi karantin rejiminə əməl etməyə çağırırıq: "Həm müntəzam, həm də ekpress marşrut xətləri üzrə avtobuslar arası interval sərnişin axınına uyğun tənzimlənəcək. Mümkün sərnişin axının qarşısının alınması məqsədi ilə ekpress xətlər üzrə ehtiyat avtobusların xəttə buraxılması da nəzərdə tutulur. Mövcud epidemik vəziyyətdə sərnişindaşımada məqsədimiz, həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə, xüsusi xidmət sahələri, ərzaq mağazaları, xüsusi xəstəxanalar, karantin məntəqələrində çalışan vətəndaşların daşınmasını təmin etməkdir".