İsveçdə hava yolları işçiləri təlim alır

1 Aprel 2020 11:41 (UTC+04:00)

Koronavirusun getdikcə daha çox yayıldığı Şimali Avropa ölkəsi olan İsveçdə, hava nəqliyyatı zabitləri viruslarla mübarizə aparmaq üçün təlim keçirlər. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

İsveç və Danimarka hökumətlərinə məxsus SAS (Skandinavian Hava Yolları) epidemiya səbəbiylə xərcləri azaltmaq üçün 10 min ekipaja müvəqqəti icazə vermiş və şirkətin əməliyyatlarının 90 faizi dayandırılmışdı.
Üç günlük təlimdə məqsəd kadr çatışmazlığı və səhiyyə sistemindəki digər boşluqları doldurmaqdır.
Kursantlarda bu dövrdə xəstəxana haqqında əsas məlumatları alırlar.

Sophiahemmet Universiteti Xəstəxanasında praktik məşğələlərdə, hava yolları işçilərinin sterilizasiyası, xəstəxanada yatağın təşkili, xəstələr və yaxınları ilə münasibət və məlumat vermək kimi əsas məlumatlar öyrədilir.
Universitet müəllimlərindən biri Johanna Adami, hava yolları işçilərinin səhiyyə sənayesinə kömək etmək hüququna sahib olduqlarını söyləuib.

Reuters-ə danışan Adami, "İşləri səbəbi ilə təməl səhiyyə təhsili alırlar. Ayrıca çevik olduqlarını, təhlükəsizlik haqqında düşündüklərini və mürəkkəb vəziyyətlərlə məşğul olmaqda çox təcrübəyə sahib olduqlarını" söyləyib.

Xatırladaq ki, İsveçdə 4 min 500-dən çox koronavirus (Covid-19) aşkar edilib və 180 nəfərdən çox itki var.

Xüsusilə, paytaxt Stokholm və ətrafı epidemiyadan ən çox təsirlənən bölgələr sırasındadır.