"Evin hər bir küncü mənə yoxluğunu xatırladır"

1 Aprel 2020 16:24 (UTC+04:00)

Müğənni Səidə bir müddət öncə dünyasını dəyişmiş atası Xalq artisti Rafael Dadaşovu yenidən yad edib. SİA-nın məlumatına görə, ifaçı sosial şəbəkədə atası haqda hər kəsi kövrəldən sözlər yazıb: "Otaqlar, sənin izlərin olan bu divarlar, nəfəsini hiss etdiyim evin hər bir küncü mənə eyni anda artıq yoxluğunu xatırladır. Ata, bu gün sənə necə ehtiyac duyduğumu hiss etdim. Yoxluğunu və daha heç vaxt olmayacağını dərk etdim. Düşündüm ki, bu gün var olsaydın həyatım başqa cür olardı. Mənə çox lazımsan. Sənə deyəcəyim o qədər sözlər var ki...Sənin kimi məni başqası anlamaz. Mən artıq güclü olmalıyam. Çünki arxamda artıq sənin kimi dağım yoxdur".