“Ulduz müharibələri”nin aktyoru koronavirusdan öldü

1 Aprel 2020 10:51 (UTC+04:00)

"Ulduz müharibələri" filmində mayor Kaluan Emmata rolunu oynamış britaniyalı aktyor Endrü Cek 76 yaşında koronavirusdan dünyasını dəyişib. SİA-nın məlumatına görə, bu barədə "Evening Standard" nəşri məlumat yayıb.

Bildirilib ki, aktyor Çertsidə Müqəddəs Pyotr xəstəxanasında COVID-19-dan ölüb.

Mərhum aktyorun həyat yoldaşı isə hazırda Avstraliyada karantindədir və o, E.Ceklə vidalaşa bilməyib.