Xəzər rayonunun oxucuları #evdəqalmütaliəet çağırışına qoşulub

1 Aprel 2020 12:15 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı oxucuları ilə birlikdə Baş İdarənin #evdəqalmütaliəet çağırışına qoşulub. İdarədən SİA-ya bildirilib ki, kitabxana bütün oxuculara və iştirakçılara “Gəlin karantin müddətində öz mədəniyyətimizi, ədəbiyyatımızı bir daha təbliğ edək və bütün sınaqlardan təbəssümlə keçək! Pozitiv olun və bütün qaydalara riayət edin!”, – deyə səslənib.