Bakı polisindən xüsusi karantin rejim qaydaları ilə bağlı AÇLQLAMA

1 Aprel 2020 10:10 (UTC+04:00)

Elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, paytaxtda koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir.