Karantin müddətində özümüzü necə sakitləşdirək? MƏSLƏHƏT

1 Aprel 2020 10:03 (UTC+04:00)

Mütəxəssislər hazırki dönəmdə izolyasiya tədbirlərini yerinə yetirən və ya evdə karantində olan şəxslərin stressdən uzaq olmaları üçün tövsiyələr hazırlayıblar. SİA-nın xəbərinə görə, tövsiyələrdə bildirilir ki, evdə olarkən streslisinizsə o zaman ilk hədəf onun mənbəsini tapmaqdır. Daha sonra gündəlik rutininizi yerinə yetirməli, yaxınlarınızla sıx təmasda olmaq məsləhət görülür.

Ekspertlərin fikrincə hazırda koronavirus epidemiyasına görə, ciddi karantin rejiminə keçmək, yaxınların sağlamlığına görə narahatlıq keçirmək, dünyada baş verən proseslər fonunda neftin qiymətinin düşməsi, məzənnə və digər bu kimi bu xəbərlər insanın emosional vəziyyətinə, psixologiyasına mənfi təsir edir ki bu da nəticə etibarı ilə stressə səbəb olur. Bu, orqanizmin gərginliyə, baş verən hadisələrə və ya vəziyyətə təbii reaksiyasıdır. Lakin hər bir insanda stres təzahürləri fərdidir.

Mütəxəssislər hesab edir ki stressdən bir neçə üsululla qurtulmaq olar: "Beləliklə, insan ilk növbədə onu ən çox nəyin narahat etdiyini başa düşməyə çalışmalıdır. İkincisi özünüzə vəziyyətin daha az narahat və daha sabit olması üçün nəyisə dəyişə bilirsinizmi? Sualını verin. Əgər suala "bəli" cavabını versəniz, o zaman bir hərəkət planı tərtib edin. Plan nə qədər detallı olsa, bi o qədər daha yaxşıdır. Planı unutmamaq üçün kağız və ya kompüterinizə qeyd edin və hərəkətə keçin".

Əgər özünüzə verdiyiniz suala neqtiv cavab vermisinizsə, o zaman evdə qalmağın mənfi kimi qəbul etməyin. Əksinə evdə oturduğunuz müddəti özünüzün daha da inkişafı üçün istifadə edə bilərsiniz. Misal üçün çoxlu sayda kitab oxuya, onlayn kursa yazılmaq, uzun müddətdir ki arzuladığınız lakin edə bilmədiyiniz işi etmək haqqında düşünə bilərsiniz. Bununla yanaşı evdə oturduğunuz müddətdə sizi stressə salan mənbəni tapa bilərsiniz. Əgər sizi xəbərlər əsəbləşdirirsə, o zaman gün ərzində xəbərlərdən uzaq durun yalnız 1 dəfə ümumi məlumatlanmaq üçün rəsmi mənbələrdən istifadə edin.

Ekspertlərin fikrincə ev şəraitində fiziki aktivliyinizi də unutmayın: "Ev təmizliyi ilə məşğul olmaq da sizi stresdən qurtara bilər. Çünki, təmiz evdə olmaq hər kəsin xoşuna gəlir. Ən azı xəstələnmək riskindən uzaq olmuş olarsınız. Bu günlərdə yaxınlarınızla təmaslarını daha da sıx etməyə çalışın. Çünki, sevdiklərinizlə isti münasibət, paylaşmaq sizi rahatlada bilər".