Qazaxıstanda 343 koronavirusa yoluxma halı baş verib

1 Aprel 2020 07:32 (UTC+04:00)

Qazaxıstanda koronavirus infeksiyasına daha 5 yoluxma halı qeydə alınıb: Şımkent şəhərində - 1, Türküstan bölgəsində - 4 nəfər.

SİA "kazinform.kz" saytına istinadən xəbər verir ki, 1 aprel 2020-ci tarixinə ölkədə 343 koronavirusa yoluxma halı baş verib.

COVİD-19 virusuna yoluxma halları ən çox Nur-Sultan və Alma-Ata şəhərlərində (178 və 82) müşahidə edilir.