BMT-nin Baş katibi Antoniu Quterreş koronavirusun yaratdığı qlobal böhranı İkinci Dünya Müharibəsindən bəri ən ağır hadisə adlandırıb.
SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, o bunu “bir tərəfdən dünyada hər kəs üçün təhlükə yaradan bir xəstəlik”, digər tərəfdən iqtisadi tənəzzüllərə gətirib çıxaran səbəb kimi qiymətləndirib.
Quterreşin fikrincə, koronavirusun yaratdığı böhran qeyri-sabitliyi dərinləşdirə və qarşıdurmanın artmasına səbəb ola bilər.