"Marsel"in sabiq prezidenti Pap Diuf koronavirusdan ölüb.
SİA xarici KİV-lərə istinadən xəbər verir ki, pandemiyaya yoluxan 68 yaşlı sabiq rəhbərin həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, bundan əvvəl "Vitess"in sabiq prezidenti Kes Bekker və "Real"ın sabiq rəhbəri Lorenso Sans koronavirusudan dünyasını dəyişmişdi.