Binəqədi rayonunda 25 yaşlı gənc bıçaqlanıb

1 Aprel 2020 01:30 (UTC+04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Gülüstan qəsəbəsində qeydə alınıb.

1995-ci il təvəllüdlü Əhmədov Orxan Xoşbəxt oğlu tanımadığı şəxslə mübahisə edib və bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.