Moskvada COVID-19 diaqnozu qoyulmuş daha beş xəstə ölüb.
SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvadakı koronavirusla əlaqədar yaradılmış operativ qərargahdan bildirilib.
“Moskvada pnevmoniya və koronavirus nəticəsi müsbət olan beş xəstə öldü. Koronavirusdan ölən həmin şəxslər 61-74 yaşları arasındadır və paralel olaraq digər xəstəliklərdən də əziyyət çəkiblər”, - məlumatda belə deyilir.