ABŞ-da koronavirusdan ölənlərin sayı Çində eyni səbəbdən həyatını itirənlərin sayını ötüb

31 Mart 2020 23:41 (UTC+04:00)

ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəlik qurbanlarının sayı 3,4 min nəfəri keçib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı federal və ştat rəsmilərinin məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti yayıb.

Məlumata görə, ABŞ-da 175 067 nəfərə koronavirus diaqnozu qoyulub, 3415 nəfər ölüb, 5995 nəfər isə sağalıb. Göstəricilərdən aydın olur ki, ABŞ-da koronavirusdan ölənlərin sayı Çində eyni səbəbdən həyatını itirənlərdən (3309 nəfər) çoxdur.