Musiqi məktəbinin müəllimləri onlayn dərslər keçirlər

31 Mart 2020 17:13 (UTC+04:00)

Koronavirus təhlükəsi ilə bağlı ölkənin bir sıra təhsil müəssisələrində onlayn dərslərin keçirilməsi davam edir. SİA xəbər verir ki, Bakının Səbail rayonunda fəaliyyət göstərən Rəşid Behbudov adına 2 sayı musiqi məktəbinin müəllimləri də #evdəqal kampaniyası çərçivəsində şagirdlərinə onlayn vasitəsi ilə dərslər keçirlər. Şagirdlərin dərslərə davamiyyəti saxlanılmaqla yanaşı, müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər müəllimlərin tapşırıqlarını hazırlayır, yeni dərslər öyrənirlər.

Kampaniya uğurla davam etdirilir.