Hərbi xidmətə çağırışın mayın 31-dək uzadılması haqqında qanun TƏSDİQLƏNDİ

31 Mart 2020 16:35 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırış müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Qanununu təsdiqləyib.

Qanuna əsasən, Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.