Koronavirusa yoluxanların sayı 800 min nəfəri keçib

31 Mart 2020 17:00 (UTC+04:00)

Çərşənbə axşamı, 31 mart tarixinə dünyada koronavirus infeksiyasına yoluxmuş insanların sayı 800 049 nəfər olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cons Xopkins Universiteti məlumat yayıb.

Məlumata görə, əksər yoluxma halları ABŞ-da aşkarlanıb. Bu yoluxma Birləşmiş Ştatlarda 164 610 nəfərə çatır. İtaliya ikinci yerdədir və orada 101 739 yoluxma hadisəsi qeydə alınıb. İspaniyada 94 mindən çox, Çində 82 mindən çox, Almaniyada 67 mindən çox yoluxma hadisə olub.
Dünya üzrə xəstələrin ümumi sayı bir gün əvvəl 700 min nəfər, 28 mart tarixində 500 min, 26 mart tarixində 500 min olub.
Bu vaxtadək dünyada koronavirusa yoluxmuş 38 714 nəfər ölüb. Ölümlərin çoxu İtaliyada, ardınca İspaniyada, Çinin Hubei əyalətində, Fransa və İranda qeydə alınıb.
Bu günə qədər 170 325 nəfər isə sağalıb.
Xatırladaq ki, ötən ilin dekabr ayında Çində, Uhanda yeni növ koronavirus ilə yoluxma halları ilk dəfə aşkarlanıb. Fevralın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ona COVID-19 adını verib, martın 11-də isə yeni bir koronavirus pandemiya elan edilib.