Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Laboratoriya analizi üçün su. Texniki tələblər və sınaq üsulları" və "Heyvan və bitki mənşəli yağlar və piylər. Sınaq nümunəsinin hazırlanması" dövlət standartlarını təsdiq edib.
SİA-nın məlumatına görə, bundan əlavə, "Ölçmə vasitələrinin istehsalına, vəziyyətinə, istismarına, ölçmələrin attestasiya edilmiş metodikalarla yerinə yetirilməsinə, etalonlara, metroloji qayda və normalara riayət edilməsinə dövlət metroloji nəzarətinin həyata keçirilməsi qaydası" da təsdiq edilib.
Standartlar 2011-ci il aprelin 20-dən tətbiq olunacaq.