Mart soyqırımına gətirib çıxaran hadisələrə TARİXİ BAXIŞ

31 Mart 2020 15:58 (UTC+04:00)

“Əslində 1918-ci ilin mart soyqırımına qədər hər şey baş vermişdi. Birinci Dünya Müharibəsi başlayır. Müharibəyə qoşulan dövlətlər, eləcə də daşnaksutyun partiyasının maraqları həm Çar Rusiyası, həm də Qərb dövlətləri tərəfindən qəbul olunur. Osmanlı məğlub edilir və bu ərazilər 3 yerə bölünür. İstanbul, Osmanlı və erməni dövəti. Hansı ki, 1877-78-ci ildə rus-türk müharibəsində Osmanlı növbəti dəfə məğlub olur və o dövrdə imzalanan müqaviləyə görə, Osmanlı ərazisində erməni muxtariyyəti yaradılır. Lakin xoşbəxtlikdən bu plan yerinə yetirilmir”. SİA-nın xəbərinə görə, bunu tarixçi professor, millət vəkili Anar İsgəndərli 31 mart soyqırımı zamanı baş verən hadisələrdən bəhs edərkən deyib.

O bildirib ki, 1978-ci ilin yayında Berlində konqres keçirildi və hakimiyyətə yeni gələn Bismark Rusiyanın Balkanlardakı möveyini qəbul etmir və ümumiyyətlə 3 ay ərzində rus qoşunlarının Osmanı ərzisindən çıxması ilə bağlı vəziyyət yaranır: “Lakin Birinci Dünya Müharibəsi başlama ərəfəsində Qərb ilə Rusiyanın erməni məsələsində baxışları üst-üstə düşür. Müharibə başlayır, rus qoşunları Osmanlı ərazisinə daxil olur. 100 illər bu ərazidə yaşayan ermənilər dünənə qədər çörək alıb-verdiyi günahsız insanları məhv etməyə başladılar”.

Tarixçi söyləyib ki, Sarıqamış yaxınlığında Osmanlının 90 mindən çox əsgər və zabit itirməsi bütün planları alt-üst etdi: “Rus qoşunları, Çindəki və Avropada olan erməni qüvvələr az qala bir dövət qurdular. 1915-ci ildə van erməni dövləti yaradıldı. Qısa müddət ərzində həmin əraziyə 250 min erməni gətirildi. Amma sonradan Osmanlı özünə gəldikdən sonra və bu ərazidə erməni dövləti yaratmaq mümkün olmadı. Osmanlıda öz maraqlarını təmin edə bilməyən erməni silahlı dəstələri bir hissəsi şimali, bir hissəsi qərbi, bir hissəsi isə cənubi Azərbaycana daxil oldular. Bakıya gələn Şaumyanın rəhbərlik etdiyi ordu Bakı sovet qüüvvələri ordusu ilə birləşdirildi və bu da ermənilər üçün bəhanə oldu”.

A.İsgəndərli qeyd edib ki, Şaumyan Azərbaycan xalqının xarakterini çox gözəl bilirdi: “O silahı tərksilah etdi və bilirdi ki səhər əliyalın xalq küçələrə çıxaraq tələb irəli sürəcək. Əliyalın xalqı gülləbaran etməyə nəvardı ki? Artıq 1918-ci ilin martın 30-u gecə erməni milli şurası, daşnaksutyun partiyası və Bakı sovet qüüvvələrinin gizli danışıqları olmuşdu. Hətta Azərbaycanın demokratik ziyalılarının müsəlman milli şurası ilə də danışıqlar getmişdi. Əlimərdan bəy Topçubaşov kimi ziyalımız özü də etiraf edirdi ki, heç ağlımıza belə gəlməzdi ki, erməni belə xəyanəti edəcək. Səhər doğurdanda qırğın başladı”.

Deputat söyləyib ki, 31 mart hadisələrinin əsas məqsədi erməni dövlətinin yaradılması idi: “Şaumyan özü də etiraf edirdi ki, onun ordusundakı təmsil olunanları 90 faizi mənşəcə erməni idi. Sonrakı dövrdə də bolşeviklər öz məkrli siyasətlərini yerinə yetirərək bizim torpaqlarımızı alıb ermənilərə verdilər. Yəni həmin dövrdən 70 il keçməsinə baxmayaraq onlar öz əməllərini dəyişmədilər”.