TQDK sınaq imtahanının cavablarını açıqlayıb
14 Aprel 2011 03:08 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-ci il aprelin 10-da keçirilən sınaq imtahanının cavablarını açıqlayıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, Bakı, Gəncə, Şəki, Masallı, Balakən, İsmayıllı, Yevlax və Salyan şəhərlərində baş tutan növbəti sınaq imtahanının nəticələri komissiyanın internet saytında yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla "İmtahancell" xidməti vasitəsilə də öyrənə bilərlər.