Erməni vandallığını BMT materialı kimi yaymalıyıq ÖZƏL-MÜNASİBƏT

31 Mart 2020 12:09 (UTC+04:00)

"Harada və necə olmağımızdan asılı olmayaraq, Azərbaycana qarşı atılan şərə, böhtana, Azərbaycanın başına gətirilən soyqırımlara hökmən çox tutarlı cavab verməliyik". Bunu SİA-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

“Belə başa düşürəm ki, biz hal-hazırda işimizi iki istiqamətdə qurmalıyıq. Yəni bizim ictimai-siyasi mühitdə olan tədqiqatçılar, alımlər vaxtaşırı bu məsələ ilə bağlı kitablar yazmalıdırlar. Kitablar da yazılarkən nəzərə almaq lazımdır ki, bu irihəcmli olmasın. İri həcmi ilə biz müəllif olaraq lovğalanmayaq, qürur duymayaq. Əsas effektə hesablanmış addım ataq. Bu mənada ki, qoy səkkiz vərəq həcmində, on vərəq həcmində olsun, amma bilək ki, orada olanları ingilis, yaxud fransız oxuyacaq. Həmin kiçik həcmdə olan material elə olmalıdır ki, ingilisi, fransızı, rusu bu mövzuda daha iri həcmli material oxumağa həvəsləndirsin və orada iri həcmli kitabları da göstərmək olar.

İkincisi də çox vacib məsələlərdən biri, hal-hazırda Azərbaycanda belə bir praktika yaranıb, erməni mövzusunda bəzi məsələlər BMT-nin rəsmi sənədi kimi yayılır. Vaxtilə ermənilər bu variantdan istifadə edirdi. O zaman biz BMT-ni söyürdük, dünyanı söyürdük ki, ay ermənilərə şərait yaradıblar və sair. Sonra gördük ki, sadəcə biz bilməmişik ki, Azərbaycanın da materialı yerləşdirilə bilər və bir neçə material artıq yerləşdirilib. Prezident Adminstrasiyasının nəzdində, ya Xarici İşlər Nazirliyinin yanında xüsusi qrup yaratmaq və vaxtaşırı olaraq, belə demək mümkünsə xronologiya üzrə bəlkə də erməni məsələsinə dair materiallar hazırlayıb BMT-nin rəsmi sənədi kimi yayılmasına nail olmaq olar. Bu zaman gözləmək lazım deyil ki, martın 31-i gəlsin. Martın 31-i ermənilərin azərbaycanlıların başına açdığı soyqırımla bağlı yazını tutaq ki, yanvar ayında yerləşdirəndə bunun nə ziyanı var ki? Əksinə, elə o vaxtdan, elə əvvəlcədən yerləşdirmək daha yaxşıdır və mən elə başa düşürəm bu yolla biz beynəlxalq ictimaiyyəti, beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin vandallığına yönəldə bilərik. Nəzərə almaq lazımdır ki, Osmanlı imperiyasından ermənilər bizim regiona gələnə qədər bu regionda belə davalar olmayıb. Osmanlı imperiasının tərkibindəki erməniləri digər iri imperiyalar, digər iri dövlətlər ələ aldı və Osmanlı imperiyasına qarşı qodular. Onlar öz torpaqlarından çıxarılmağa məcbur oldular və Osmanlıda edə bilmədiklərini, Osmanlının kinini, küdurətini deyək ki, Azərbaycan torpaqlarına gətirdilər. Ona görə, yəni biz bu işləri, erməni vandallığını BMT materialı kimi yaymaqla kifayət qədər ciddi uğur əldə etmiş olarıq", deyə politoloq bildirib.