"Dovşanın nağılı” əsəri təqdim olunub

31 Mart 2020 14:04 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi balacaları da unutmur. Kitabxana uşaqlara canlı yayımda nağıl-tamaşa hazırlayıb. SİA-nın məlumatına görə, bu dəfə yazıçı Xanımana Əlibəylinin "Dovşanın nağılı" əsəri əsasında nümayiş etdirilən tamaşa "Facebook" və "Instagram" üzərindən yayımlanaraq izləyicilərin böyük marağına səbəb olub.