Damla Moskvadan Azərbaycana dönə bilmir VİDEO

31 Mart 2020 17:27 (UTC+04:00)

Müğənni Damla Moskvadan Azərbaycana dönə bilmir. SİA-nın məlumatına görə, sənətçi bu haqda verilişlərin birinə zəng edərək bildirib: "Novruz bayramı ilə bağlı Moskvadakı tədbirlərə gəldik. 20-21 mart konsertlər oldu. Ardınca el şənliklərinə qatıldıq. Bu zaman ərəfəsində təyyarəyə biletləri bitdi. Nə qədər müraciət etdik, biletlər tükənmişdi. Düşündük ki, gözləyək ara sakitləşsin. İndi də karantindir, oteldən belə çıxa bilmirik. Əvvəldən alınan biletlərimiz də batdı. İndi burada heç yerə çıxmaq olmaz. Ancaq aptekə və ərzaq almağa düşə bilərik".

Damla bildirib ki, oğlu və anası Bakıdadır: "Bilsəydim belə olacaq, tədbirləri təxirə salardım. Hər gün ailəmlə danışıram. Anama deyirəm, heç yerə getməyin. Müvəqqəti sıxıntıdır".