Tanınmışlarımız 31 Mart soyqırım gününü belə andılar FOTOLAR

31 Mart 2020 16:26 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, erməni daşnaqların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 102 il ötür. SİA-nın məlumatına görə, 1918-ci il martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda 20 minə yaxın günahsız insan, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətlə yetirilib.

31 Mart soyqırım gününə məşhurlar da biganə qalmayıb. Onlar sosial şəbəkədə paylaşımlar ediblər.

Həmin fotoları təqdim edirik: