ABŞ İranın nüvə proqramı ilə bağlı məhdudiyyətləri uzadır

31 Mart 2020 10:46 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamentinin sözçüsü Morgan Ortagus, İranın nüvə proqramına qoyulan məhdudiyyətləri daha 60 günə yenilədiklərini açıqlayıb.

Qərara dair yazılı açıqlama verən Ortagus, İranın nüvə fəaliyyətini davam etdirməyə və genişləndirməyə davam etdiyini və bunun "yolverilməz" olduğunu bildirib.

Ortagus bəyanatında "Rejimin nüvə dözümlülüyü beynəlxalq sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Prezident Trampın bu ilin əvvəlində söylədiyi kimi, İrananın heç vaxt nüvə silahına sahib olmasına icazə verilməyəcəkdir" ifadələrindən istifadə edib.

Bundan əlavə, İranın qeyri-sabitləşmə fəaliyyətinin qarşısını almaq üçün bütün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə davam edəcəklərini vurğulayan Ortaqus, "İranın nüvə proqramındakı bütün inkişafları yaxından izləməyə davam edəcəyik və istənilən vaxt bu məhdudiyyətləri dəyişdirə bilərik" deyib.