Azərbaycanlı musiqiçi vəfat etdi FOTO

31 Mart 2020 09:21 (UTC+04:00)

Azərbaycanlı musiqiçi Xanlar Cəfərov vəfat edib. SİA-nın məlumatına görə, qarmon ifaçısı bu gün səhər saatlarında 64 yaşında dünyasını dəyişdi. Bu haqda xəbəri aparıcı Hacın Nuran Hüseynov sosial şəbəkədə xəbər verib: "O qədər acı xəbər oldu ki... Sanki uçmuş bir dağın altındayam. Xanlar müəllim illərlə tanıdığım, sənətinə heyran olduğum insan idi. O, qarmonu hər iki əli ilə eyni vaxtda çala bilirdi. Təkcə ifaçı deyildi, həm də bəstəkar idi. Bir çox oyun havalarını özü bəstələmişdi".