Avtomobil qəzası keçirdiyi deyilən Xəyalədən AÇIQLAMA

31 Mart 2020 12:06 (UTC+04:00)

Deyilənlərə görə, aktrisa Xəyalə Quliyeva "Maşın" şoudan əldə etdiyi avtomobili ilə qəza keçirib. Bildirilib ki, hadisə Xəyalə çəkilişə gedən zaman olub.

Məsələ ilə bağlı olaraq SİA-ya aktrisa ilə əlaqə saxlayıb. Əməkdaşımıza açıqlama verən Quliyeva bu sözləri deyib: "Hər şey yaxşıdır. Özümə və avtomobilimə heç nə olmayıb. "Qəza" sözü bir az böyük səslənir. Sadəcə azacıq maşınımın buferini sürtmüşdüm, o da düzəldi. Kiçik bir hadisədir. Yəni narahatçılığa səbəb yoxdur".