Qoruq və institut koronavirusa qarşı birləşdi

31 Mart 2020 12:51 (UTC+04:00)

Qobustan Milli Tarix-Bədii Qoruğunun və "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşlarının təşəbbüsü ilə Azərbaycan Respublikasında Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində səhiyyə tədbirlərinin həyata keçirilməsinə dəstək göstərilməsi qərara alınıb. SİA-nın məlumatına görə, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülüb.