Milli Konservatoriya da ianə edib

31 Mart 2020 11:35 (UTC+04:00)

Azərbaycan Milli Konservatoriyası (AMK) Ölkə Başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

AMK-dan SİA-ya bildirilib ki, konservatoriya vətəndaşları, xüsusilə ali məktəbin müəllim və tələbə heyətini koronavirusla mübarizədə aktiv olmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa çağırır.