“Yurdumuza bahar gəlir” adlı elektron vəsait hazırlanıb

31 Mart 2020 10:40 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasının əməkdaşları oxucuların mütaliəsinə kömək məqsədilə “mp4” formatında “Yurdumuza bahar gəlir” adlı elektron vəsait hazırlayıb. İdarədən SİA-ya bildirilib ki, elektron vəsaitdə səsləndirilən şeirlər kitabxananın oxucuları tərəfindən ifa olunub.

Evdə qalaq, mütaliə edək, pozitiv olaq!