Milli Kitabxana virtual rejimə keçib

31 Mart 2020 09:56 (UTC+04:00)

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanmış “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” adlı elektron məlumat bazası virtual rejimdə oxuculara təqdim edilib. Kitabxanadan SİA-ya bildirilib ki, məlumat bazasında mövzuya dair kitablar, məqalələr, videogörüntülər və digər sənədlər nümayiş olunur.

Virtual sərgi ilə http://anl.az/soyqirim/ elektron ünvanından tanış olmaq mümkündür.