ABŞ-da ilk dəfə gün ərzində koronavirusdan ölənlərin sayı 500 nəfəri keçib

31 Mart 2020 05:07 (UTC+04:00)

ABŞ-da ilk dəfə gün ərzində yeni növ koronavirusdan ölənlərin sayı 500 nəfəri keçib.

SİA xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarındakı mənbəyə əsaslanaraq CNN telekanalı məlumat yayıb.

Telekanalın hesablamalarına görə, ABŞ-da gün ərzində koronavirusdan ölənlərin dəqiq sayı 502 nəfər, ölənlərin ümumi sayı isə 2931-dir.

“Johns Hopkins” Universitetinin məlumatında isə bildirilir ki, ABŞ-da ümumilikdə 160 mindən çox insan koronavirusa yoluxub. Bu günədək 2978 nəfər ölüb, 5644 nəfər sağalıb.