Daha bir futbolçu koronavirusa görə komandasının düşərgəsini icazəsiz tərk edib

31 Mart 2020 02:35 (UTC+04:00)

Türkiyə Superliqa təmsilçisi "Dənizlispor"un futbolçusu Modu Berrou komandanın düşərgəsini icazəsiz tərk edib.

SİA "Hürriyət"ə istinadən xəbər verir ki, qambiyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ailəsinin yanında olmaq üçün vətəninə gedib.

Bildirilir ki, 28 yaşlı forvard maaşını ala bilmədiyi üçün daha əvvəl 2 dəfə komandadan ayrılmaq istəsə də, klub buna razı olmayıb.

Xatırladaq ki, bu hadisəədən bir gün əvvəl “Konyaspor” klubunun slovakiyalı futbolçusu Robert Makla eyni səbəbdən yolları ayırıb.