“İspan qripi” pandemiyasından sağ çıxmış qadın COVID-19 pandemiyasının qurbanı olub

31 Mart 2020 04:38 (UTC+04:00)

Ötən əsrdə “İspan qripi” pandemiyasından sağ çıxmağı bacaran britaniyalı Hilda Çörçil yeni növ koronavirus (COVID-19) pandemiyasının qurbanı olub.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Salford şəhərindəki qocalar evində yaşayan 108 yaşlı qadın COVID-19 infeksiyasına yoluxması təsdiqlənəndən 4 gün sonra - martın 28-də dünyasını dəyişib.

Dörd övladı, 11 nəvəsi, 12 nəticəsi, 3 kötücəsi olan Hilda Çörçil martın 29-da 109-cu doğum gününü qeyd etməyə hazırlaşırdı.

Qeyd edək ki, Hilda Çörçilin bacısı 1918-1920-ci illərdə dünyada təxminən 50 milyon adamın ölümünə səbəb olan “İspan qripi”nin qurbanı olub.