Slovakiyanın tarixi klublarından olan "Jilina" fəaliyyətini dayandırıb

31 Mart 2020 00:32 (UTC+04:00)

Slovakiyanın "Jilina" klubu fəaliyyətini dayandırıb.

SİA xəbər verir ki, bu barədə eyniadlı şəhərin təmsilçisinin rəsmi saytı bəyanat yayıb.

Bildirilib ki, klubun dağılması maliyyə böhranı ilə bağlıdı:

"Klubun maliyyələşmə strategiyası oyunçuların satışından əldə olunan gəlirlərə əsaslanır. Bu yay transferlərdən qazancın sıfıra yaxın olacağı ehtimalı daha çoxdur. Ləğv prosesi yaxın gələcəkdə klubun üzərindəki təzyiqi azalda bilər".

Klubun aprelin 1-dən fəaliyyətini rəsmən dayandıracağı vurğulanıb.

Qeyd edək ki, 1908-ci ildə yaranmış "Jilina" klubu 7 qat Slovakiya çempionudu. Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev 2017-ci ildə bu komandanın formasını geyinib.