Qadağan olunmuş silahlar

30 Mart 2020 11:42 (UTC+04:00)

BMT Katibliyinin hesablamalarına görə hər il minadan 25 min nəfər ölür və ya şikəst olur. 100 milyondan artıq mina 64 dövlətin ərazisində torpağa basdınlmışdır. Onların təhlükəliliyi bir də ondadır ki, fəal hərbi əməliyyatlar başa çatdıqda belə onlar öz təhlükəliliyini uzun müddət saxlayır. “Minaların, mina-tələlərin və digər qurğulann tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında’' II Protokolun əsas mənası məhz bu təhlükəni minimuma endirməkdən ibarətdir. Protokol kombatantlann da bə’zi növ mina tələlərdən mühafizəsini nəzərdə tutur. Eyni zamanda II Protokol BMT qüvvələrinin mühafizəsinə yönəlmiş bəzi normalan da özündə əks etdirir. Konvensiyanın 2-ci maddəsinin 2-ci bəndinə əsasən “öldürmək, xəsarət yetirmək üçün nəzərdə tutulmuş, quraşdırılmış və ya dəyişdirilmiş və insanın təhlükəsiz hesab etdiyi predmctə yaxınlaşması və ya toxunması və ya təhlüksiz hesab etdiyi hərəkəti yerinə yetirməsi nəticəsində işə düşən hər hansı qurğu və ya material” mina-tələ hesab olunur.

2-ci maddənin 3-cü bəndində nəzərdə tutulan digər qurğular-öldürmək, xəsarət yetirmək və ya ziyan vurmaq üçün nəzərdə tutulmuş, uzaq məsafədən idarə etmə vasitəsi ilə və ya müəyyən müddət keçəndən sonra avtomatik işə düşən əldə düzəldilən döyüş sursatı və qurğular hesab olunur.

3-cü maddədə üç halda mina, mina-tələ və başqa qurğulardan istifadə edilməsi qadağan olunur. Mülki əhali və ayrı-ayrı mülki şəxslərə qarşı hücum, müdafiə və repressali qaydasında istifadə etmək qadağandır.

4-cü və 5-ci maddələrdə mülki əhalinin mühafizəsinə yönəldilmiş xüsusi müddəalar nəzərdə tutulmuşdur. Belə ki, quru qoşunları arasında döyüş əməliyyatlan getməyən və ya bu cür əməliyyatların planlaşdırılmayan hər hansı şəhər, qəsəbə, kənd və ya mülki əhalinin toplaşdığı digər rayonda mina, mina-tələ və başqa qurğuların istifadə olunması qadağan olunur.

5-ci maddədə uzaq məsafədən idarə olunan minalardan ancaq hərbi obyekt olan rayonlarda istifadə edilməsinə yol verilir.

6-cı maddədə mina-tələdən kombatant və mülki şəxslərin müdafiəsi nəzərdə tutulub:

- ziyansız daşman əmlak kimi quraşdınlan mina tələlər;

- beynəlxalq müdafiə emblemləri, xəstə və yaralı və meyidlərin yanında quraşdınimış, tibbi avadanlıq və uşaq oyuncaqlan formasında quraşdırılmış mina-tələlər;

- həddən artıq xəsarət və əzab yetirən mina tələlər.

7- ci maddədə hökmən minalanmış sahənin qeydə alınması və 9-cu maddədə fəal hərbi əməliyyatlardan sonra bu barədə məlumat verilməsi tələb olunur.

Qeydə alınmamış mina sahələri 1982-ci ildə İngiltərə ilə Argentina arasında Folklend adalarına görə münaqişədən və 1980-cı ildə İraqın Küveytə hücumundan sonra ciddi çətinliklər doğurmuşdu. 1980-cı il Konvensiyası minalardan istifadənin bütün məsələlərini nizama sala bilmədi. Minalardan istifadənin ağır nəticələri isə artmaqda davam edirdi. Ona görə, 1996-cı ildə BMT minalardan istifadəyə aid xüsusi konfrans çağırdı. 3 may 1996-cı ildə Cenevrə Konfransında II Protokola dəyişikliklər edildi. Bu dəyişikliklər aşağıdakılarda öz ifadəsini tapmışdır:

1) Digər Protokollardan fərqli olaraq II Protokol qeyri-beynəlxalq silahlı münaqişələr zamanı də tətbiq olunacaq;

2) Protokol mina, mina-tələ və digər bu xarakterli qurğuların tətbiqindən başqa onlann verilməsini də qadağan edir;

3) Protokolda bir sıra əlavə mina növləri, məsələn, minaaxtaranın onu aşkar edən kimi partlayan minalar, özü fəallaşan minalar da qadağan olunur;

4) piyadalara qarşı minalar qadağan olunur;

5) Piyadalara qarşı aşkar olunmayan minalar qadağan olunur;

6) Sazişlə bağlı olmayan hər hansı dövlətə piyadalara qarşı mina verilməsi qadağan olunur;

7) qeyri-dövlət orqanlarına hər hansı mina verilməsi qadağan olunur. İkinci Əlavə Protokolda minalanmış ərazinin qeydiyyatı bir qədər də dəqiqləşdirilib və bütün minaları əhatə edir. Həm də döyüşlər qurtardıqdan sonra ərazilərin minalardan təmizlənməsinə görə dövlət məsuliyyət daşıyır.

II Əlavə Protokol 3 dekabr 1998-ci ildə qüvvəyə minmiş və onu 36 dövlət imzalamışdır. 18 sentyabr 1997-ci ildə Osloda keçirilən Diplomatik Konfransda “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiya bağlanmışdır. Konvensiya 3-4 dekabr 1997-ci ü tarixdə Ottavada imzalanmaq üçün açılmış və 1 mart 1999-cu ildə qüvvəyə minmişdir. Bu saziş silahın konkret növünün kompleks şəkildə qadağan olunmasmı nəzərdə tutur.

Üzv dövlətlər öhdələrinə götürmüşlər ki, heç vaxt və heç bir yerdə;

1) piyadalara qarşı minadan istifadə etməyəcəklər;

2) piyadaya qarşı minanı hazırlamayacaq, istehsal etməyəcək, başqa cür əldə etməyəcək, toplamayacaq, saxlamayacaq, birbaşa və yanakı surətdə heç kəsə verməyəcək;

3) həmin Konvensiya ilə üzv dövlətlər üçün qadağan olunmuş fəaliyyətlə heç kəsin məşğul olmasına kömək etməyəcək, ona yardım göstərməyəcək və heç kəsi buna təhrik etməyəcək. İştirakçı dövlətlər həm beynəlxalq münaqişələr, həm qeyri-beynəlxalq münaqişələr, həm do silahlı münaqişə hesab olunmayan ölkə li zorakılıqlar və fövqel’adə şəraitdə Konvensiyaya əməl edəcəklərini öhdələrinə götürürlər. Konvensiya piyadalara qarşı bütün minalann məhv edilməsini nəzərdə tutur.

Piyadalara qarşı minalar Konvensiya qüvvəyə mindikdən 4 il sonra, yerə basdınlanlar isə 10 il müddətində məhv ediləcək. Əgər 10 il müddəti kifayət etməsə dövlət üzv dövlətlərə müraciət edərək əlavə 10 il vaxt istəyə bilər. Konvensiyada həmçinin, nəzarət mexanizmi də nəzərdə tutulmuşdur. Həmin mexanizmə əsasən iştirakçı dövlət özünün mina ehtiyatı, onlan məhv etmƏk, bu sahədə milli proqramı, minalann texniki xarakteristikası barədə mə’lumat verməlidir. Hər hansı dövlətin Konvensiyanı pozması barədə kifayət qədər əsas olduqda bu barədə ona sorğu verilir. Həmin məsələ üzv dövlətlərin müşavirəsinə çıxarıla bilər. Həmçinin faktın müəyyənləşdirilməsi üçün missiya yaradıla bilər Dövlət həmin missiyanı onun arzu etdiyi əraziyə buraxmalıdır. Missiya mə’ruzə hazırlayır və pozuntunun aradan qaldıniması üçün tədbirlər görülür. Konvensiya həmçinin, dövlətlərin məs’uliyyeti məsələsini nəzərdə tutumuşdur. Konvensiya 1 mart 1999-cu ildə qüvvəyə minmişdir. 135 dövlət tərəfindən imzalanıb və 74 dövlət konvensiyanı ratifikasiya etmişdir.

E. Yandmcı silahlar “Yandırıcı silahlırm tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi hapqqmda” III Protokolun 1-ci maddəsində yandıncı silahların anlayışı verilir. İlk növbədə obyektin yandırılması və ya alov, isti və ya hər ikisinin, yaxud obyektə çatdırılan kimyəvi maddənin reaksiyası nəticəsində insana yanıq yetirilməsi üçün nəzərdə tutulmuş hər cür lah və döyüş sursatı yandırıcı silah hesab olunur. Həmin maddədə yandırıcı silahlarm od püskürən, fiıqas, içində yandıncı maddə olan qranat, mina, bomba və s. şəklində ola biləcəyi qeyd olunmuşdur. David göstərir ki, od püskürən özü artıq əzab yetirən silahlar kateqoriyasma aid olmasına baxmayaraq onun tətbiqi 1981-ci il Konvensiyası ilə qadağan olunmamışdır.

Burada həmçinin, yandıncı maddə hesab olunmayan silah növləri də göstərilir. Həmin növlərin qeyd olunması onu göstərir ki, kombatantlar həmin silahlarıdan mühafizə hüququna malik deyillər.

2-ci maddədə mülki əhalinin yandıncı silahlardan ümumi mühafizəsi nəzərdə tutulmaqla yanaşı, “mülki əhalinin cəmləşdiyi yerlər”in də bu cür mühafizəsini nəzərdə tutur. 2-ci maddənin 2-ci bəndi mülki əhalinin cəmləşdiyi yerdə hər hansı hərbi obyektin havadan yandıncı silahla hücuma mə'ruz qoyulmasım qadağan edir. 2-ci maddənin 3-cü bəndi iki halda yandıncı vasitələrlə mülki əhalinin cəmləşdiyi yerdə hərbi obyektə hücuma icazə verir:

a) hərbi obyekt mülki əhalinin cəmləşdiyi yerdən dəqiq aynlır;

b) yandıncı te’sirin mülki əhali üçün təhlükəliliyinin qarşısı alınmış olur. 2-ci maddənin 4-cü bəndində meşə və digər bitki örtüyünün yandırıcı silahdan hücuma məruz qoyulmasını qadağan edir. Lakin kombatantların gizlədilməsi üçün bu cür təbii obyektlərdən istifadə edildikdə və həmin təbii obyektlər hərbi obyektə çevrildiyi hallarda istisna kimi bu cür obyektlərə yandıncı silahdan hücum edilə bilər.

Ə. Lazer silahı Lazerdən hərbi məqsədlərlə istifadə getdikcə geniş vüs’ət alır. Lazer aviabombalarm dəqiq obyektlərə yönəldilməsində istifadə olunur. Bu cür silahlann səmərəliliyi İraq müharibəsi zamanı təsdiq olunmuşdur. Lazerdən bu cür istifadə beynəlxalq humanitar hüquq nöqteyi-nəzərindən müsbət hal kimi qiymətləndirilməyə bilməz. Lukaşukun fikirləri ilə tamamilə şərikik. Çünki silahın hər hansı obyektə dəqiq istiqamətləndirilməsi, onun mülki obyektlərə, mülki əhaliyə lazımsız ziyan yetirilməsinin qarşısını almaqda əhəmiyyətlidir. Lakin lazer təkcə cərrah dəqiqliyi ilə raketlərin hədəfə yönəldilməsində deyil, həm də işığı cəmləşdirməklə adamlarda müvəqqəti və ya daimi korluq yaratmaq üçün istifadə oluna bilər. 80-ci illərdə bu cür lazerlər bə’zi hərbi gəmilərdə düşmən tərəfin hərbi təyyarələrinin təyyarəçilərini kor etmək üçün quraşdınimışdı. Həmçinin piyadalara qarşı lazer silahından istifadə etmək məsələsi də reallığa çevrilməkdə idi. Lazer silahınm təhlükoliliyi ondadır ki, o səssiz to’sir gösterir və xüsusi eynəklər vasitəsi ile ondan mühafizə olunmaq mümkün deyildir. 1991-ci ildə BQXK-nin təşəbbüsü ilə keçirilən “dəyirmi masa”nın iştirakçıları-lazer silahı üzrə ekspertlər belə qərara gəldilər ki, müharibə vaxtı ümumiyyətlə lazerdən istifadəni qadağan etmək olmaz. Lakin döyüş eməliyyatlannın aparılması vasitəsi kimi kor etmə te’sirinə malik lazer silahının tətbiqi qadağan olunmalıdr. BQXK-nin fikrincə, lazerdən silahlı qüvvələrin şəxsi bey’ətinə qarşı istifadə olunması həddən artıq xəsarət yetirə bilən silah növlərinin qadağan edilməsinə aid normaların tə’siri altına düşür.

13 oktyabr 1995-ci ildə Vyana Konfransında “Görmə qabiliyyətindən məhrum edən lazer silahlarının qadağan edilməsi haqqında” IV Protokol qəbul edilmişdir. Həmin protokol xüsusi olaraq döyüş əməliyyatlarında insanın mühafizə olunmayan görmə orqanlarına daimi korluq gətirən lazer silah növlərinin qadağan olunmasına həsr olunmuşdur. Protokol həmçinin, bu cür silahı başqa dövlətə və qeyri-dövlət orqanlanna verməyi də qadağan edir. Protokol əsasən hərbi obyektləri sıradan çıxarmaq və ya aşkar etmək üçün nəzərdə tutulan lazer sistemlərinə tətbiq olunmur. Bu sistemlərin fəaliyyəti nəticəsində görmə qabiliyyətini itirmə “təsadüfi müşayətin effekti kimi” nəzərdə tutulur. Lakin bütün hallarda protokol iştirakçılan insa- mn görmə orqanlannm daimi itirilməsinə səbəb ola biləcək istifadə etmədən çəkinməlidirlər. Protokolun müddəalarının şərhi göstərir ki, lazerdən insanın görmə orqanlanna müstəsna olaraq müvəqqəti korluq yetirmək məqsədilə istifadə olunmasına yol verilir. Folklend adalarında müharibə zamanı ingilis silahlı qüvvələri Argentina aviasiyasına qarşı bu cür lazer sistemlərindən istifadə etmişlər. Protokol 30 iyul 1998-ci ildə qüvvəyə minmişdir və onu 39 dövlət imzalamışdır.

Silahın yaranmasından bügünə kimi onun bəzi növlərini qadağan etməyə çalışmışlar. Homer çox böyük narazılıqla yay və oxu “qorxaqların silahı” adlandırmışdır. Roma papaları isə tarix boyu uğursuzca da olsa arbaleti qadağan etməyə çalışırdılar, amma yalnız XX əsrdə bəzi növ silahların qadağan olunmasına hərtərəfli razılaşdırılmışdır.

Dum güllələri öz adlarını Kallkuttada yerləşən Dum–dum adlı fəhlə şəhərciyində, silah fabrikində istehsal olduqlarına görə alıblar. Burnunun üstü suvandlanan belə güllələr bir çiçək kimi açılır və dəhşətli yaralara səbəb olurdu. Dum–dum güllələri 1890-cı illərin əvvəlində yaranmışdır, lakin 1899-cu ildə tarixdə ilk dəfə rus imperatoru II Nikolayın, təşəbbüsü ilə təşkil olunmuş Beynəlxalq sülh konfransı – Haaqa konfransında qəbul olunmuş, asanlıqla açılan və yastılaşmış güllələrdən istifadə etməmə haqqında Bəyannamə ilə qadağan olunmuşdur. Bu sursatların qadağan olunmasının səbəbi “həddən artıq qəddarlıqda” olmaları idi, ancaq belə ekspansiv güllələr indiyədək ovçuluq və polis silahlarında istifadə olunur: onun yüksək dayandırıcı təsiri həmdə partlayış zamanı hədəfə düşəndə zərər ehtimalının aşağı olması ilə uzlaşır ki, təsadüfən yoldan keçənlərin zərər alması riskini azaldır.

Kimyəvi silah. Hələ Qədim Yunanıstanda primitiv kimyəvi silahlardan köməkçi vasitə kimi istifadə edilirdi, lakin sənaye miqyasında onu ilk dəfə Birinci Dünya müharibəsində tətbiq etməyə başlamışdılar, amma məhvedici qüvvəsinə baxmayaraq kimyəvi silah aşağı səmərəlilik göstərdi. 1928-ci ildə Cenevrədə hərbi əməlliytlarda digər zərərli və boğucu qazların istifadəsinin qadağan edilməsi barədə protokol imzalanmışdır. Qadağa kömək etmədi və II Dünya müharibəsi zamanı təcavüzkar Almaniya və Yaponiya inadla müdafiə olunan partizanların gizləndikləri istehkamların təmizlənməsində kimyəvi silahı tətbiq etdilər. Kimyəvi silahdan daha sonrakı vaxtlarda da istifadə ediblər: Onu Vyetnam müharibəsi (1964-1973) zamanı hər iki tərəf istifadə etmişdir, eləcə də İran-iraq (1980-1988) müharibəsi zamanı da istifadə olunmuşdur. Sonuncu dəfə zəhərləyən maddələr, kimyəvi silahların hazırlanması, istehsalı, yığımı və kimyəvi silahların tətbiq edilməsi haqqında olan Konvensiyanın 1997-ci ildə qüvvəyə minməsi ilə qadağan edilmişdir. Kimyəvi silahın tam məhvi 2017-2019-cu illərdə gözlənillir.

Napalm. Napalmın sələfini , VII-ci əsrdə bizanslılar tərəfindən icad olunan “yunan alovu” adlandırılan yanacaq qarışığını hesab etmək olar. “Yunan alovu” hətta suyun üzərində belə yanırdı. Napalm, 1942-ci ildə ABŞ da icad olunub və bu ölkənin ordusu tərəfindən İkinci Dünya müharibəsi vaxtı, Koreya müharibəsində (1950-1953) və daha geniş Vyetnam müharibəsi zamanı tətbiq olunmuşdur. Napalmı digər ölkələrdə tətbiq etmişdilər: İsrail, İraq, Argentina. Napalmın zərərli təsirini idarə etmək mümkün olmadığından ondan tez-tez dinc əhali əziyyət çəkirdi. 1980-ci ildə BMT “Odlu silahların tətbiqinin məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında Protokol” qəbul edib.

Piyada əleyhinə minalar. Statistikaya görə, itkilərin ümumi sayının onuncu hissəsi minanın üzərinə düşür. Düzdür, istisnalar olurdu: Koreya müharibəsində (1950-1953) BMT qoşunlarının minalardan itkiləri 40%, Vyetnamda isə 60-70% təşkil etmişdir. Minaların çox böyük psixoloji təsiri var: heç bir əmr və ya hədə-qorxu əsgəri minalı əraziyə addım atmağı məcbur edə bilməzdi. Bu silah növünün insafsızlığı həmdə ondan ibarətdir ki, döyüşün bitməsindən uzun illər keçəndən sonra belə dinc sakinlər onlarda parçalanmağa davam edirlər. 1997-ci ildə Ottavada piyada əleyhinə minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Ottava konvensiyasının qərarına baxmayaraq, qadağa hər yerdə pozulur.

Kaset hərbi sursatlar. Bu silahın sələfini adi ov qırma tüfəngi saymaq olar. İdeyanın inkişafı artilleriya misketi sonra isə şarapnel olub. Almanlar ilk kaset bombalarını ,yüzlərlə kiçik bombalarla doldurulmuş vəziyyətdə 1939-cu ildə Polşa ordusunu vurmaq üçün istifadə etmişdilər. Ötən əsrin sonlarında kasset hərbi sursastları çox səmərəli olmuşdur ki, həmin vaxtın hərbi münaqişələri bunu sübut edir.

Partlayıcıların naqisliyinə görə, heç də bütün kiçik bombalar partlamırdılar və faktiki olaraq piyada əleyhinə olan minalara çevrilirdilər. Partlayıcıların mexanizmlərinin təkmilləşdirilməsinə baxmayaraq, bu silah qeyri-insani hesab edilmişdir.

2008-ci ildə Dublində kassetli sursatlarının tətbiqi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi barədə Konvensiya imzalanıb. Yeri gəlmişkən, ABŞ, Rusiya, Çin kimi kassetli sursatların iri istehsalçıları bu sazişi imzalamayıblar.

Bioloji silah. Ən qədim zamanlardan başlayaraq taun xəstəliyindən ölənlərin meyitlərini əsarətdə olan şəhərin müdafiəçiləri arasına tullayaraq epidemiya yaymaq istəyirdilər. Ən məşhur hadisə 1346-ci ildə Krımdakı Genuya qalasının monqollar tərəfindən mühasirəyə alınması və sonra “Qara Ölüm” adlandırılan bombardman nəticəsində bir qədər əhalinin həyatını alması olmuşdur.

İkinci Dünya müharibəsi zamanı yaponlar bakterioloji silahdan istifadə etmişdilər, lakin cüzi nəticəyə nail olmuşdular: 1940-ci ildən 1945-ci ilədək dövrdə cəmi 700 nəfər.

Bu silah növünün böyük mənfi cəhəti var: Xəstəliyi törədən mikroblar demək olar ki, cilovlanmırlar və özləri və özgələr arasında fərq qoymurlar. Azadlığa çıxarkən heç bir fərq qoymadan bütün canlıları məhv edirlər. Bundan başqa, onlar mutasiya ola bilərlər və bu dəyişiklikləri proqnozlaşdırmaq çətindir. Bu, “ikitərəfli” silahı qadağan etmək qərarına gəlirlər. 1972-ci ildə Cenevrədə “bioloji silahların toplanması və işlənməsi, istehsalı və zəhərlərin qadağan olunması və onun məhv edilməsi haqqında Konvensiya” imzalanmışdır.

Silahlar heç bir konvensiyanı tanımayan terrorçular tərəfindən istifadə olunur. XX əsrdə planlaşdırılmış və törədilmiş onlarla bioterrakt faktı qeydə alınıb.Ən məşhuru isə 2001-ci ildə sibir xorasının mübahisələri ilə məktubların göndərilməsidir.

İqlim silahı. Yuxarıda təsvir olunmuş bəşəriyyəti məhv edə biləcək növlərdən fərqli olaraq, bu silahlar – hipotetik (yəni fərziyyəyə əsaslanan) sayılır. Hava və iqlimə, həm bütöv bir qitənin, həmdə ayrıca götürülmüş ərazinin süni təsiri nəzərdə tutulur.

Yeri gəlmişkən, tarixdə bu cür dəyişikliklərə bir neçə misal çəkmək olar. Ən məşhuru isə Amerika hərbçilərinin Vyetnam müharibəsi zamanı yağışlar mövsümünü xeyli uzatmağı və onların intensivliyinin üç dəfə artırılmasına nail olduqları “İspanaq” əməliyyatıdır. Meşə yolları bataqlıq halına çevrilmişdir və düşmənin kommunikasiya sistemi pozulmuşdur. Həmçinin bu uzun illər ərzində təbii balansın ciddi şəkildə pozulmasına və bəzi heyvan növlərinin və bitkilərin həlak olmasına gətirib çıxarmışdır. Əməliyyatın dəhşətli maliyyə xərclərinin sərf olunmasına baxmayaraq, real döyüş faydası elədə böyük deyildi.

Bu və digər təbiət üzərində baş tutan təcrübələr elə qənaətə gətirdi ki, ilk növbədə birbaşa düşmən deyil, bütövlükdə bəşəriyyət zərər çəkəcək. 1978-ci ildə təbii mühitə təsir edə biləcək hərbi və ya hər hansı digər düşmən vəsaitlərindən istifadənin qadağan edilməsi barədə Konvensiya qüvvəyə minmişdir.

İndi ümumilikdə, hava şəraitinə fəal təsir göstərə bilmək üçün bir sıra dövlətlərdə aktiv işlər aparılır. Əksər hallarda demək olar ki, tədqiqatlar sırf dinc məqsədlərlə aparılır.

Vahid Ömərov

Fəlsəfə üzrə fəlsəfə doktoru