Misirdə koronavirusdan ölən ilk həkim

30 Mart 2020 19:59 (UTC+04:00)

Bazar ertəsi günü Misirdə bir həkim koronavirus səbəbiylə həyatını itirib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

"Misir Səhiyyə Nazirliyi Əl-Əzhər Universitetinin tibbi analiz üzrə professoru doktor Əhməd Əbd əl-Lahavanın vəfat etdiyini elan edib. Bildirilib ki, həkim bazar ertəsi səhər saatlarında yeni koronavirus səbəbiylə vəfat edib və o 57 yaşında olub", deyə RİA Novosti məlumat yayıb.