Gürcüstanda ümumi karantin elan olundu

30 Mart 2020 17:48 (UTC+04:00)
Sabahdan Gürcüstanda ümumi karantin elan ediləcək. SİA xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxariya bu gün keçirdiyi brifinqdə bildirib.

Baş nazir qeyd edib ki, karantin səhər saat 8-dən etibarən tətbiq ediləcək. Qərara əsasən, qatarların, metro və digər ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Baş nazir qeyd edib ki, ümumi karantin rejiminin tətbiq edilməsindən sonra saat 21:00-dan 06:00-dək piyadaların hərəkəti qadağan ediləcək. Bunda başqa, ictimai yerlərdə insanların bir-birinə 2 metrdən daha yaxın məsafədə dayanması, apteklər və ərzaq mağazaları istisna olmaqla, 3-dən artıq şəxsin bir yerə toplaşmasına icazə verilməyəcək.