Dəstək Fonduna daha 50 000 manat dəyərində ianə ayrılıb

30 Mart 2020 17:41 (UTC+04:00)
Bakı Konqres Mərkəzi Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 000 manat dəyərində ianə ayırıb. Bu barədə SİA-ya Mərkəzdən məlumat verilib.

Mərkəzdən o bildirilib ki, Bakı Konqres Mərkəzində mart və aprel aylarında nəzərdə tutulan tədbirlər təxirə salınıb.

"İnanırıq ki, Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə riayət edərək bu çətinliyin öhdəsindən gələcəyik".