İranda virusa yoluxanların sayı 41 mini ötüb

30 Mart 2020 16:13 (UTC+04:00)

İranda son gün ərzində yeni növ koronavirusa yoluxanların sayı 3186 nəfər olub. Ümumilikdə isə ölkə üzrə xəstələrin sayı 41 mini ötüb. SİA-nın xəbərinə görə, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur açıqlatib.

O bildirib ki, gün ərzində yoluxanların sayı bundan əvvəlki maksimumu ötüb. Belə ki bundan əvvəl gün ərzində ən çox yoluxma sayı 3076 olmuşdu. Hazırda gün ərzində maksimum ölü sayı 157-dir.

Nazirlik rəsmisinin sözlərinə görə, fevralın 19-dan bu günə qədər İranda koronavirusa yoluxan xəstələrin sayı 41 495 nəfərdir. Ötən gün ərzində 117 nəfər dünyasını dəyişib. Hazırda ölkə üzrə ümumilikdə 2757 nəfər virusa görə həyatını itirib. 13911 nəfər isə sağalaraq evlərinə qayıdıb.