Renault Çin və Cənubi Koreyadan başqa bütün zavodlarda istehsalını dayandırıb

30 Mart 2020 15:14 (UTC+04:00)

Fransız avtomobil nəhəngi Renault, koronavirusun yayılması səbəbiylə Çin və Cənubi Koreyadan başqa bütün fabriklərdə istehsalını dayandırdığını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Renault bazar ertəsi yazılı açıqlamasında "Qrupumuz fabrikininfəaliyyət göstərdiyi ölkələrdə vəziyyət imkan verən kimi yenidən işə başlayacaq və lazımi tədbirləri görərək tələbatlar ödəniləcəkdir" deyə bildirib.